Gərgin iş rejimi iflic keçirmə ehtimalını artırır

Gərgin iş rejimi iflic keçirmə ehtimalını artırır Mütəxəssislər saatlarla işləyən adamların təzyiqlərinə nəzarət etmələrini tövsiyə edir
Sağlamlıq
24 Avqust , 2015 20:58
Gərgin iş rejimi iflic keçirmə ehtimalını artırır

Bakı. 24 avqust. REPORT.AZ/ Həftə ərzində 48 saatdan çox işləyən adamlarda iflic keçirmə riski artır.

"Report" BBC-yə istinadən xəbər verir ki, yarım milyondan çox insan üzərində aparılan bir araşdırma həftədə 35-lə 40 saat işləyənlərlə müqayisədə, 48 saat ərzində çalışanların iflic keçirmə ehtimalının 10 faiz artdığını ortaya çıxarıb.

Nəticələri "Lancet" jurnalında dərc olunan araşdırmada həftədə 54 saat işləyən adamların iflic keçirmə ehtimalının 35-lə 40 saat çalışanlardan 27 faiz, 55 saatdan artıq çalışanlarda isə 33 faiz olduğu açıqlanıb.

Mütəxəssislər saatlarla işləyən adamların təzyiqlərinə nəzarət etmələrini tövsiyə edir.

Saatlarla işlə iflic arasındakı əlaqənin səbəbi hələ tam tapılmasa da, nəzəriyyələr arasında iş saatlarının çox olmasının yaratdığı stress və həyat tərzinin insan orqanizminə mənfi təsiri əsas yer tutur.

Son xəbərlər

Orphus sistemi