Əli Əhmədov "Günəşli" yatağında xəsarət alan neftçilərə baş çəkib

Əli Əhmədov "Günəşli" yatağında xəsarət alan neftçilərə baş çəkib Baş nazirin müavini xəstələrin səhhəti ilə maraqlanıb, son durumları haqda həkimlərdən məlumat alıb
Sağlamlıq
7 Dekabr , 2015 17:11
Əli Əhmədov Günəşli yatağında xəsarət alan neftçilərə baş çəkib

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan baş nazirinin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov Mərkəzi Neftçilər Xəstəxanasına gələrək "Günəşli" yatağının 10 saylı dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkib. "Report"un xəstəxanada olan əməkdaşının verdiyi xəbərə görə, Ə.Əhmədov xəstələrin səhhəti ilə maraqlanıb, son durumları haqda həkimlərdən məlumat alıb.

Xatırladaq ki, qəzada xəsarət alan 13 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicələrini davam etdirirlər.

Qeyd edək ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 7 nəfər neftçinin cəsədi aidiyyəti üzrə təhvil verilib, 23 nəfərin axtarışı isə davam etdirilir.

Son xəbərlər

Orphus sistemi