“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik təsdiqlənib

“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Sağlamlıq
5 İyun , 2015 18:55
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik təsdiqlənib

Bakı. 5 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1269-IVQD nömrəli qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabineti Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməli, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Prezidentə məlumat verməli, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində Prezidentə məlumat verməli, həmçinin həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.

Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi