Azərbaycanda bir milyon əhaliyə düşən böyrək çatışmazlığı xəstələrinin sayı açıqlanıb

Azərbaycanda bir milyon əhaliyə düşən böyrək çatışmazlığı xəstələrinin sayı açıqlanıb "Ötən il ərzində 352 416 hemodializ seansı aparılıb"
Sağlamlıq
12 Mart , 2015 16:24
Azərbaycanda bir milyon əhaliyə düşən böyrək çatışmazlığı xəstələrinin sayı açıqlanıb

Bakı. 12 mart. REPORT.AZ/ "Hazırda Azərbaycanda bir milyon əhaliyə 450-550 böyrək çatışmazlığı xəstəsi düşür. Onlardan da təxminən 255-270 nəfəri hemodializ müalicəsinə cəlb olunur". "Report" xəbər verir ki, bunu M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ən yüksək xəstə sıxlığı Gəncə, Şəmkir, Mingəçevir və Bərdə zonasında müşahidə olunur: "Həmin ərazilərdə bir milyon əhaliyə təxminən 253 xəstə düşür. Bu göstərici regionlarda xəstəliyin daha çox yayılması deyil, əksinə, həmin bölgələrdə insanların sayının daha çox olması ilə bağlıdır"

Son illər ərzində Bakıda və regionlarda 26 yeni dializ mərkəzinin istifadəyə verildiyini deyən şöbə müdiri vurğulayıb ki, əgər 2006-ci ildə ölkədə fəaliyyət göstərən 4 hemodializ mərkəzində 437 xəstə dövlət hesabına dializ seansları qəbul edirdisə, bu gün 7-si Bakı şəhərində və 26-sı regionlarda olmaqla 33 dializ şöbəsində 2 635 xəstə bu müalicə ilə təmin olunublar: "Həmçinin bu il daha 3 yeni dializ şöbəsinin açılması planlaşdırılır. Bu gü respublikada 486 dializ aparatı fəaliyyət göstərir və hər bir aparat 3 növbəli iş rejimində 6 xəstəyə xidmət edir. Ötən il ərzində 352 416 hemodializ seansı aparılıb. Onlardan da 155 037-si Bakıda, 197 379 seansı isə bölgələrdə həyata keçirilib".

Son xəbərlər

Orphus sistemi