Eboladan ölənlərin sayı 9 152-yə çatıb

Eboladan ölənlərin sayı 9 152-yə çatıb ÜST: Epidemiya sona yaxınlaşıb
Sağlamlıq
10 Fevral , 2015 19:51
Eboladan ölənlərin sayı 9 152-yə çatıb

Bakı. 10 fevral. REPORT.AZ/ Dünyada Ebola xəstəliyindən ölənlərin sayı 9 min nəfəri keçib. "Report"un məlumatına görə, bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölümcül virus qurbanlarının sayının Afrikanın 3 ölkəsində - Qvineya, Liberiya və Syerra-Leonedə 9 152-yə çatdığını açıqlayıb. 

Halbuki 4 gün öncə bu rəqəm 9 004 olub. 

Qeyd edək ki, ÜST hazırda Ebola virusuna 22 828 nəfərin yoluxduğunu bildirir. Təşkilat epidemiyanın sona yaxınlaşdığını vurğulayır.

Son xəbərlər

Orphus sistemi