Ebola ilə mübarizəyə bu il 4 milyard dollar lazım gələcək

Ebola ilə mübarizəyə bu il 4 milyard dollar lazım gələcək Bu barədə Dünya Bankının ekspertlərinin hazırladığı məruzədə qeyd olunur.
Sağlamlıq
4 Yanvar , 2015 17:18
Ebola ilə mübarizəyə bu il 4 milyard dollar lazım gələcək

Bakı. 4 yanvar. REPORT.AZ/ Gələn il Qərbi Afrikanı bürümüş Ebola virusuna qarşı mübarizəyə 3-4 milyard dollar vəsait lazım gələcək. 

"Report" Euronews telekanalına istinadla xəbər verir ki, bu barədə Dünya Bankının ekspertlərinin hazırladığı məruzədə qeyd olunur.

Dünya Səhiyyə Təşkilatının son məlumatlarına görə, ölümcül Ebola virusunun səbəb olduğu xəstəlikdən ölənlərin sayı təxminən 7,7 min nəfərə çatıb, eyni zamanda, yoluxanların sayı da artaraq 20 min nəfərə yaxınlaşıb.

Son xəbərlər

Orphus sistemi