Dünyada xərçəng xəstəliyindən dünyasını dəyişənlərin sayı açıqlanıb

Dünyada xərçəng xəstəliyindən dünyasını dəyişənlərin sayı açıqlanıb Ağciyər xərçəngi xəstəlik növləri arasında ən ölümcülüdür
Sağlamlıq
16 Fevral , 2015 14:19
Dünyada xərçəng xəstəliyindən dünyasını dəyişənlərin sayı açıqlanıb

Bakı. 16 fevral. REPORT.AZ/ "Dünyada 8 milyon 200 min insan məhz xərçəng xəstəliyindən dünyasını dəyişir. 1 milyon 590 min nəfərin ölümünə ağciyər xərçəngi səbəb olub. Bununla da ağciyər xərçəngi xəstəlik növləri arasında ən ölümcülüdür". "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fevral ayı üçün hazırladığı hesabatda bildirilir.

ÜST-ün rəsmi səhifəsində yayımlanan hesabatda bildirilir ki, xərçəng 2012-ci ildə ən çox insan canı alan xəstəliklər sırasında birinci olub. Dünyada 14 milyon insanda bu xəstəlik aşkar edilib və onlardan 8 milyon 200 min nəfəri dünyasını dəyişib.

Məlumatda o da qeyd olunur ki, kişilər arasında xərçəngin əsasən, 5 növünə rast gəlinir. Bunlar ağciyər, yoğun bağırsaq, prostat, mədə və bağırsaqda olanlardır. Qadınlarda isə bu xəstəlik daha çox süd vəzisi, yoğun bağırsaq, ağciyər, mədə və qadınlıq yolunda rast gəlinir.

ÜST-ün yaydığı hesabatda, həmçinin yeni xərçəng növlərinin 60 faizindən çoxuna Afrika, Asiya, Mərkəzi və Cənubi Amerikada rast gəlindiyi bildirilir. Adıçəkilən ərazilərdə xərçəngdən ölüm göstəricisi 70 faizdir. Eyni zamanda xərçəng ölümlərində 1 milyon 590 min ölüm faktında ağciyər xərçəngi ilk sırada yer alıb. Ölüm hadisələrinin 745 mini qaraciyərdə, 723 mini mədədə, 694 mini yoğun bağırsaqda, 521 mini süd vəzisində, 400 mini isə qida borusunda aşkar edilib. Bundan başqa, hesabatda yer alan il ərzində 14 milyon insanın bu xəstəlikdən ölməsi statistikasının 20 il ərzində 22 milyona yüksələcəyi təxmin edilir.  

Son xəbərlər

Orphus sistemi