Agentlik direktoru: "Dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq lazımdır"

Agentlik direktoru: "Dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq lazımdır" Zaur Əliyev: "Hazırda dövlət deyil, özəl xəstəxanalar arasında rəqabət mühiti müşahidə edilir"
Sağlamlıq
10 İyun , 2016 13:09
Agentlik direktoru: Dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq lazımdır

Bakı. 10 iyun. REPORT.AZ/ “Dünya ölkələrinin təcrübəsi onu göstərir ki, icbari tibbi sığortanın tətbiqinin əsas məqsədlərindən biri şəffaflıq və rəqabət yaratmaqdır. Xüsusilə dövlət xəstəxanaları arasında rəqabət mühiti yaratmaq lazımdır". 

“Report”un məlumatına görə, bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda dövlət deyil, özəl xəstəxanalar arasında rəqabət mühiti müşahidə edilir. 

Z.Əliyev qeyd edib ki, agentlik dövlət xəstəxanalarında idarəçiliyin dəyişdirilməsi və eyni zamanda, xəstəxanaların rəqabət mühitində fəaliyyətinin uğurla təmin olunmasına çalışacaq.

Son xəbərlər

Orphus sistemi