Dövlət rəsmiləri Mərkəzi Neftçilər Xəstəxanasında neftçilərə baş çəkiblər - FOTO

Dövlət rəsmiləri Mərkəzi Neftçilər Xəstəxanasında neftçilərə baş çəkiblər - FOTO Xoşbəxt Yusifzadə və Kamal Abdullayev xəstələrin səhhəti ilə maraqlanıb, son durumları haqda həkimlərdən məlumat alıblar
Sağlamlıq
7 Dekabr , 2015 12:36
Dövlət rəsmiləri Mərkəzi Neftçilər Xəstəxanasında neftçilərə baş çəkiblər - FOTO

Bakı. 7 dekabr. REPORT.AZ/ SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə, qurumun vitse-prezidenti Rəhman Qurbanov, Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Mərkəzi Neftçilər Xəstəxanasına gələrək "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş verən yanğın və qəza nəticəsində xəsarət alanlara baş çəkiblər. "Report"un hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, onlar xəstələrin səhhəti ilə maraqlanıb, son durumları haqda həkimlərdən məlumat alıblar.

Xatırladaq ki, qəzada xəsarət alan 9 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicələrini davam etdirirlər. 

Qeyd edək ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdir. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 1 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib, 29 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi