DİN: Qaraçuxurda baş verən sudan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır

DİN: Qaraçuxurda baş verən sudan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır Daxili İşlər Nazirliyi rəsmi məlumat yayıb
Sağlamlıq
23 Oktyabr , 2015 12:58
DİN: Qaraçuxurda baş verən sudan zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır

Bakı. 23 oktyabr. REPORT.AZ/ Daxili İşlər Nazirliyi oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş verən sudan zəhərlənmə hadisəsi ilə bağlı rəsmi məlumat yayıb. “Report”un xəbərinə görə, DİN-in rəsmi saytında yer alan məlumatda bildirilib ki, Qaraçuxur qəsəbəsindəki yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərləniblər: “Onlar 5 saylı Yoluxucu xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Məlumatda bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi