Səhiyyə Nazirliyi bu il fəaliyyəti dayandırılan özəl tibb müəssisələrinin sayını açıqlayıb

Səhiyyə Nazirliyi bu il fəaliyyəti dayandırılan özəl tibb müəssisələrinin sayını açıqlayıb 28 özəl tibb müəssisəsi və tibbi xidmət göstərən fiziki şəxslər cərimə olunub
Sağlamlıq
8 İyul , 2015 14:08
Səhiyyə Nazirliyi bu il fəaliyyəti dayandırılan özəl tibb müəssisələrinin sayını açıqlayıb

Bakı. 8 iyul. REPORT.AZ/ Səhiyyə Nazirliyi özəl tibb müəssisələrində yoxlamalar aparıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, bəzi özəl tibb müəssisələrində qanun pozuntuları aşkar olunub və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.

Məlumata görə, bu ilin I yarımilliyində aparılan yoxlamalar nəticəsində altı özəl tibb müəssisəsinin ("VİP Dental" MMC, "Loğman Klinikası" MMC, "İnvitro" MMC, "Starmed" MMC, "Faiq-96" Müəssisəsi, "Nihat Klinikası" MMC) fəaliyyəti (müəyyən olunmuş tarixədək) dayandırılıb.

Üç özəl tibb müəssisəsinə ("Zaman Tibb Mərkəzi" MMC, "Assmed" MMC, "Medservis" Özəl Tibb Mərkəzi) verilən xüsusi razılığın (lisenziyanın) əlavəsindən stasionar xidmət tam çıxarılaraq yalnız poliklinik xidmət saxlanılıb.

Lisenziya olmadan və ya lisenziyadan kənar fəaliyyət göstərdiklərinə görə 28 özəl tibb müəssisələri və tibbi xidmət göstərən fiziki şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 64.1-ci və 65-3.1-ci maddələrinə uyğun olaraq cərimə tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi