Bu il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2000-ə yaxın xəstə daxil olub

Bu il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2000-ə yaxın xəstə daxil olub Vaxtında şöbəyə müraciət edənlərin hər birini xilas etmək mümkün olub
Sağlamlıq
2 Dekabr , 2015 14:57
Bu il Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 2000-ə yaxın xəstə daxil olub

Bakı. 2 dekabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 1 804 xəstə daxil olub. Səhiyyə Nazirliyindən "Report"a verilən xəbərə görə, KTM-ə 700-ə yaxın xəstə evdə lazımi şəraitdə saxlanmayan və istifadə müddəti bitən dərman preparatlarından zəhərlənmə diaqnozu ilə gətirilib.

Bundan başqa, şöbəyə alkoqol ilə zəhərlənmələrlə 89 xəstə, üzvü həlledicilərlə zəhərlənmələrlə 63 xəstə, yandırıcı məhlullarla zəhərələnmələrlə 245 xəstə, məişət kimya məhsulları ilə zəhərlənmələrlə 5 xəstə, dəm qazı və digər toksiki qazlarla zəhərələnmələrlə 249 хəstə, pestisidlərlə zəhərələnmələrlə 64 xəstə, göbələk və zəhərli bitkilərlə zəhərələnmələrlə 31 xəstə, zəhərli heyvanlarla bağlı zəhərlənmələrlə 68 xəstə, kəskin toksiko-allerqik reaksiyalar və digər zəhərlənmələrlə 236 xəstə daxil olub. Vaxtında şöbəyə müraciət edənlərin hər birini xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi