Bu il Kliniki Tibbi Mərkəzə 116 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə müraciət edib

Bu il Kliniki Tibbi Mərkəzə 116 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə müraciət edib 18 nəfər sirkə turşusundan zəhərlənib, onlardan ikisi dünyasını dəyişib
Sağlamlıq
22 Oktyabr , 2015 15:59
Bu il Kliniki Tibbi Mərkəzə 116 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə müraciət edib

Bakı. 22 oktyabr. REPORT.AZ/ "Bu ilin 9 ayı ərzində 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 116 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə müraciət edib". Bu barədə "Report"a KTM-in Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, ötən müddətdə dərmanın əlavə təsirindən allergik reaksiya ilə bağlı klinikaya 78 nəfər müraciət edib: "Dərmandan zəhərlənmə halları əsasən Bakıda qeydə alınıb. Bundan başqa, 18 nəfər sirkə turşusundan zəhərlənib, onlardan da ikisi dünyasını dəyişib".

A.Maqsudov onu da qeyd edib ki, yanvar-sentyabr aylarında 91 nəfər ilan sancmaları, 14 nəfər qara qurd dişləməsi, 27 nəfər isə əqrəb sancması ilə əlaqədar şöbəyə qəbul edilib.

Son xəbərlər

Orphus sistemi