Bu il Azərbaycanda qanvermə aksiyalarında tədarük edilən qanın miqdarı açıqlanıb

Bu il Azərbaycanda qanvermə aksiyalarında tədarük edilən qanın miqdarı açıqlanıb Aksiyalarda 51 367 nəfər könüllü donor iştirak edib
Sağlamlıq
12 Noyabr , 2015 15:52
Bu il Azərbaycanda qanvermə aksiyalarında tədarük edilən qanın miqdarı açıqlanıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda keçirilən könüllü qanvermə aksiyalarında bu ilin ilk doqquz ayı ərzində 24 128 770 ml qan tədarük edilib. Nazirlikdən "Report"a verilən xəbərə görə, aksiyalara 51 367 nəfər könüllü donor qatılıb.

Donor qanın əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb. Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəsətələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunacaq.

Qanvermə aksiyalarının keçirilməsi davam etdiriləcək.

Son xəbərlər

Orphus sistemi