Bakı. 10 avqust. REPORT.AZ/ Bu ilin ilk 6 ayı ərzində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 15 904 nəfər keçib. “Report”
Bununla yanaşı, cari ilin 6 ayı ərzində 1 202 nəfər stasionar müalicəyə qəbul olunub ki, onlardan 579 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları”, 501 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntları”, 122 nəfəri isə digər diaqnozlarla müalicəyə qəbul edilib.