Bu gündən İrandan Azərbaycana quş məhsullarının gətirilməsi dayandırılıb

Bu gündən İrandan Azərbaycana quş məhsullarının gətirilməsi dayandırılıb İranda quş qripinin yayılması ilə əlaqədar Baş Dövlət Baytarlıq Müfəttişi sərəncam imzalayıb
Sağlamlıq
22 İyun , 2015 19:13
Bu gündən İrandan Azərbaycana quş məhsullarının gətirilməsi dayandırılıb

Bakı. 22 iyun. REPORT.AZ/ İran İslam Respublikasının ərazisində toyuqlar arasında yüksək patogenli quş qripinin yayılması ilə əlaqədar Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti sərəncam imzalayıb. Bu barədə "Report"a Xidmətin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli məlumat verib.

O bildirib ki, bu sərəncamla Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatına əsasən İran İslam Respublikasının Mazandaran (Noqardan, Amol əraziləri) əyalətində toyuqlar arasında yüksək patogenli quş qripi (H5N1) xəstəliyinin yayılması və Azərbaycan ərazisinin başqa dövlətlərdən keçə biləcək yoluxucu və epizootik xəstəliklərdən qorunması zərurəti nəzərə alınaraq bu gündən İran İslam Respublikasının Mazandaran bölgəsindən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalı müvəqqəti dayandırılıb.

İranda quşlar arasında yayılan yüksək patogenli quş qripi (H5N1) xəstəliyi ilə bağlı ölkəmizin bu xəstəlikdən qorunması üçün bütün zəruri tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara tapşırıqlar verilib, aidiyyəti dövlət qurumlarına və iş adamlarına bu barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi