Bir damla qanla "virusun tarixi" bəlli olacaq

Bir damla qanla "virusun tarixi" bəlli olacaq Yeni test üsulu təkcə müəyyən bir virusu deyil, həm də insanın bütün həyatı boyu yoluxduğu virusların hamısını təsbit edə biləcək
Sağlamlıq
6 İyun , 2015 16:44
Bir damla qanla virusun tarixi bəlli olacaq

Bakı. 6 iyun. REPORT.AZ/ İnsanın bütün həyatı boyu yoluxduğu virusların hamısı sadə bir qan testi ilə müəyyən olunacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu qənaətə amerikalı elm adamları gəliblər.

Amerikalı elm adamlarının 25 dollarlıq testi adi testlərdən fərqlənir. Belə ki, yeni test üsulu təkcə müəyyən bir virusu deyil, həm də insanın bütün həyatı boyu yoluxduğu virusların hamısını təsbit edə biləcək.

Müxtəlif virusların DNT nəticələrini bir araya gətirən elm adamları testi ABŞ, Cənubi Afrika Respublikası, Tailand və Peruda QİÇS və Hepatit C xəstəsi olan 569 nəfərin üzərində sınaqdan keçiriblər. Virusların immunitet sistemində buraxdığı izləri müəyyən edən test 95-100 faiz düzgün nəticə verib. Testi yoxlamaq üçün bir damla qanın olması kifayət edir.

Qeyd edək ki, araşdırmanın nəticələri "Science" jurnalında dərc olunub.

Son xəbərlər

Orphus sistemi