Baş pediatr: "Bəzi həkimlər süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir"

Baş pediatr: "Bəzi həkimlər süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir" "Körpələrin həyatını 5-10 manata satmaq olmaz"
Sağlamlıq
6 Oktyabr , 2016 12:19
Baş pediatr: Bəzi həkimlər süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Bəzi həkimlər süni qida şirkətlərinin mənəviyyatsız işlərinin qurbanına çevrilir". 

"Report" xəbər verir ki, bunu Səhiyy­ə Na­zirliyi Elmi-Tədq­iqa­t Pediatriya İnsti­tu­tunun direktoru, baş pediatr Nəsib Quliyev körpələrin süni qida məhsulları ilə qidalanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ana südünün əvəzləyicisinin yaradılması ideyası məhz tibb işçilərindən gəlib: "Təbii ki, canlı orqanizmdə yaranan bir şeyi canlıdan başqa heç kim yarada bilməz. Ana südünün əmələ gəlməsi üçün bir neçə mərhələ lazımdır, bunun üçün isə canlı orqanizm olmalıdır. Ancaq ana südünün əvəzləyicisinin yaradılması çox normal fikirdir. Çünki bəzi hallarda anaların körpələrini öz südü ilə qidalandırmasında maneələr yaranır. Təəssüf ki, zaman-zaman bu ideyalar istehsalçılar tərəfindən oğurlandı və ana südünün əvəzləyicisi kimi təqdim edilən süni qidaların sayı çoxaldı. Ana südünün əvəzediciləri olan süni qida məhsullarının qarşısını hazırda tibb işçiləri də ala bilmirlər".

N.Quliyev qeyd edib ki, hazırda süni qida şirkətləri məhsullarını satmaq üçün bütün üsullardan istifadə edirlər: "Həmin şirkətlərin əməkdaşları qapı-qapı gəzirlər, hətta məhsulları hədiyyə kimi verirlər. Biz isə belə mənəviyyatsız işin qurbanına çevrilirik. Təəssüf ki, bunu edən də ata və anadır. Körpələrin həyatını 5-10 manata satmaq olmaz. Səhiyyə Nazirliyi belə hallara qarşı çox ciddi mübarizə aparır".

Son xəbərlər

Orphus sistemi