Bakının müasir tikililəri və memarlıq abidələri mavi rənglə işıqlandırılacaq

Bakının müasir tikililəri və memarlıq abidələri mavi rənglə işıqlandırılacaq Bu addım ictimaiyyəti Autizm xəstəliyi haqqında məlumatlandırmaq məqsədi daşıyır
Sağlamlıq
31 Mart , 2015 19:44
Bakının müasir tikililəri və memarlıq abidələri mavi rənglə işıqlandırılacaq

Bakı. 31 mart. REPORT.AZ/ Cari ilin aprel ayında “Dünya Autizm Maarifləndirmə Ayı” çərçivəsində Bakıda bir sıra silsilə tədbirlər keçiriləcək. 

"Report" xəbər verir ki, “Lider Qadınlar“ İctimai Birliyi, “Birgə və Sağlam" İctimai Birliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Autizm Spektri Xəstəlikləri haqqında məlumatlılığı artırmaq üçün Bakı şəhərində silsilə tədbirlər keçirəcək.

2010-cu ildə ABŞ-da başladılan və indiyədək 6 qitə, 136 ölkə və 600 şəhərdə icra edilən "Mavi İşıqla İşıqlandır" layihəsinə Azərbaycan bu il dövlətin ən üst səviyyədə dəstəyi ilə qoşulur. Bakının müasir tikililəri və memarlıq abidələri mavi rənglə işıqlandırılaraq ictimaiyyəti autizm xəstəliyi haqqında məlumatlandıracaq.

“Dünya Autizm Maarifləndirmə Ayı” çərçivəsində keçiriləcək maarifləndirmə tədbirləri və seminarlara bir sıra həm dövlət həm də özəl təşkilat və qurumlar dəstək verəcək. Tədbirin əsas şüarı isə "Fərqli və Bizdən Biri" olacaq.

Qeyd edək ki, 2008-ci ildə 2 aprel tarixi BMT-nin qərarı ilə “Dünya Autizm Maarifləndirmə Günü” olaraq qəbul edilib.

"Dünya Autizm Maarifləndirmə Ayı" ilə bağlı dövlət qurumlarının, özəl təşkilatların, könüllülərin iştirakı ilə baş tutacaq tədbirdə (050) 341 31 51, (055) 988 90 49 mobil nömrələrinə zəng vuraraq və [email protected] ünvanına yazaraq təsdiq etməklə iştirak etmək olar.

Son xəbərlər

Orphus sistemi