Bakıdakı xəstəxanalardan birində əhalinin onkoloji müayinəsi keçiriləcək

Bakıdakı xəstəxanalardan birində əhalinin onkoloji müayinəsi keçiriləcək Müayinələri Səyyar Diaqnostika Kompleksinin ixtisaslaşmış onkoloqları aparacaq
Sağlamlıq
25 May , 2016 17:39
Bakıdakı xəstəxanalardan birində əhalinin onkoloji müayinəsi keçiriləcək

Bakı. 25 may. REPORT.AZ/ Milli Onkologiya Mərkəzinin mütəxəssisləri mayın 26-sı və 27-də 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhalinin onkoloji müayinəsini həyata keçirəcək.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müayinələri Səyyar Diaqnostika Kompleksinin ixtisaslaşmış onkoloqları aparacaq. 

Məlumata görə, Səyyar Diaqnostika Kompleksinin əsəs məqsədi skrininq, şişönü və şiş xəstəliklərinin erkən aşkar edilməsidir. Kompleksin əsas vəzifəsi Azərbaycanın müxtəlif bölgələrində əhalini təmənnasız olaraq müayinələrdən keçirməkdir. Skrininq zamanı müraciət edənlər müxtəlif növ müayinələrdən keçir, hər hansı patologiya aşkar olunduqda həmin xəstələr müvafiq profilli xəstəxanalara göndərilir. Profilaktik müayinələrin şiş xəstəliklərinin erkən aşkar edilməsində, vaxtında düzgün müalicə olunmasında ölüm faizinin azalmasında böyük rolu var.

Kompleksin tərkibində 1 mammoqraf, 1 rentgen aparatı, 1 ultrasəs aparatı var. Kompleksdə ginekoloji baxış, ultrasəs müayinəsi, döş qəfəsinin rentgenoskopiyası, süd vəzilərinin mammoqrafiyası müayinələri aparılır.

Son xəbərlər

Orphus sistemi