Bakıda XXI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin rəsmi açılışı olub

Bakıda XXI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin rəsmi açılışı olub "BIHE" iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir
Sağlamlıq
18 Sentyabr , 2015 12:54
Bakıda XXI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin rəsmi açılışı olub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda XXI Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisinin ("BIHE 2015") rəsmi açılışı olub. "Report" xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatoloji Assosiasiyasının nümayəndələri, təşkilatçılar və digər rəsmi şəxslər iştirak edib.

Bu il sərgidə Böyük Britaniya, İran, Çin, Latviya, Finlandiya, Almaniya ABŞ, İsveçrə və digər ölkələr də daxil olmaqla, ümumilikdə, dünyanın 19 ölkəsindən 189 şirkət iştirak edir. Çex Respublikası sərgidə 10 aparıcı tibbi şirkətin bölüşəcəyi milli stendlə çıxış edir. Daha bir milli stend isə Rusiya Federasiyasının 27 şirkətini bir araya gətirib.

Bu il "BIHE" iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər təşkil edir. Ümumilikdə, sərgi iştirakçılarının sayı ötən il keçirilən sərgi ilə müqayisədə 12 faiz çoxdur.

Eyni zamanda, "BIHE" sərgisi ilə paralel daha iki tədbir - 10-cu Azərbaycan Beynəlxalq Stomatologiya və 9-cu Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb sərgiləri də keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilən sərgi sentyabrın 20-nə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi