Bakıda “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının toplantısı keçirilib

Bakıda “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının toplantısı keçirilib Kampaniyanın növbəti 5 ildə keçiriləcək ikinci mərəhələsinin konkret istiqamətləri üzrə razılığa gəlinib
Sağlamlıq
2 İyun , 2016 19:39
Bakıda “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının toplantısı keçirilib

Bakı. 2 iyun. REPORT.AZ/ Bakıda Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilinən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının toplantısı keçirilib.

XİN-in mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) xətti ilə may 31 və iyunun 1-də baş tutub.

Toplantıda İslam İnkişaf Bankı, Misirin İnkişaf naminə Tərəfdaşlıq üzrə Agentliyi (EAPD), eləcə də Nadi Al-Basar (Tunis), İnsani Yardım Vəqfi (Türkiyə), Görmə Qabiliyyətinin İtirilməsinin Qarşısının Alınması üzrə Birlik (PBU, Səudiyyə Ərəbistanı) kimi oftalmologiya sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatları və kampaniyanın keçirildiyi ölkələr üzrə milli ələqələndiricilər iştirak ediblər.

Görüşün məqsədi kampaniya zamanı 2009-2015-ci illər ərzində əldə olunmuş nəticələr, qarşıda duran vəzifələr, kampaniya çərçivəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də cari ilin yanvarında kampaniyanın ikinci mərhələsinə hazırlıq üzrə Rabat şəhərində keçirilmiş ilkin görüşdə irəli sürülmüş təkliflər üzrə müzakirələrin aparılması olub.

Görüş zamanı “Qarşısı alına biliən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasının birinci mərhələsinin yekun nəticələri təqdim edilərək bildirildi ki, Benin, Burkina Faso, Çad, Cibuti, Kamerun, Kot-d’İvuar, Qvineya, Liviya, Mozambik, Mali və Nigerdə keçirilən aksiyalar çərçivəsində ümumilikdə 244.197 nəfər insanın gözü müayinə edilib, 49 486 nəfər görmə qabiliyyətini tam və ya qismən itirmiş insan ödənişsiz əsasda həyata keçirilmiş katarakt əməliyyatları nəticəsində öz sağlamlığına qovuşub. Eyni zamanda, kampaniya çərçivəsində 177 yerli həkimin peşəkar səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq təlimlər keçirilib. Ümumilikdə kampaniya uğurlu hesab edilib və kampaniyanın növbəti 5 ildə keçiriləcək ikinci mərəhələsinin konkret istiqamətləri üzrə razılığa gəlinib.

Bakıya səfər əsnasında qonaqlar sözügedən kampaniyada fəal iştirak edən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə tanış olublar.

AİDA İslam Əməkdaşlıq Təşkilatına üzv olan bir sıra Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyasına 2012-ci ildən qoşulub və hazırda İslam İnkişaf Bankının bu proqram üzrə strateji tərəfdaşıdır.

İslam İnkişaf Bankının nümayəndələri həmçinin səfər zamanı Mərkəzi Klinik Xəstəxanada, “ASAN xidmət” mərkəzində, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görüşlər keçirib və sözügedən qurumlarla AİDA-nın dəstəyi ilə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi