Bakı. 9 iyul. REPORT.AZ/ Havaların isti keçməsi ilə əlaqədar olaraq may ayından bu günə kimi Bakı Şəhər Təcili Tibbi Yardım Xidmətinə günvurma diaqnozu ilə müraciət edənlərin sayı 26 nəfər olub.
Nazirlikdən bildirilib ki, müraciət edənlərin hər birinə lazımi tibbi yarım göstərilib və evlərinə buraxılıb.
Əsasən baş ağrısı və halsızlıq simptomları ilə özünü büruzə verən günvurma halları ilə müraciət edən vətəndaşların şikayətləri Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətində qeydiyyata alınır və nəzarətə götürülür. Vətəndaşlardan günvurmadan qorunmaq məqsədi ilə günorta vaxtlarında açıq havada çox olmamaq, qoruyucu vasitələrdən istifadə etmək, çoxlu sərin maye qəbul etmək tövsiyə olunur. Hətta yüngül dərəcəli günvurma halları olduqda belə vətəndaşın durumuna nəzarət məqsədilə ərazi poliklinikasına müraciət etməsi məsləhət olunur.