​Azərbaycan Müdafiə Nazirliyinin mülki həkimləri Gülhanə Hərbi Tibb Akademiyasında ixtisaslaşma kursları keçəcəklər

​Azərbaycan Müdafiə Nazirliyinin mülki həkimləri Gülhanə Hərbi Tibb Akademiyasında ixtisaslaşma kursları keçəcəklər Tibb Baş İdarəsinin bir qrup zabit heyəti Türkiyədə qarşılıqlı təcrübə mübadiləsində olublar
Sağlamlıq
28 Oktyabr , 2014 16:10
​Azərbaycan Müdafiə Nazirliyinin mülki həkimləri Gülhanə Hərbi Tibb Akademiyasında ixtisaslaşma kursları keçəcəklər
Bakı. 28 oktyabr. REPORT.AZ/ Azərbaycan Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin bir qrup zabit heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Gülhanə Hərbi Tibb Akademiyasında qarşılıqlı təcrübə mübadiləsində olublar. Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən bildirilib.

General-mayor Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti tibb sahəsində ikitərəfli əməkdaşlıq protokoluna bəzi əlavələr edilməsi məsələsini müzakirə ediblər.

Aparılan danışıqlar nəticəsində Gülhanə Hərbi Tibb Akademiyasına müalicə, reabilitasiya və protezləşdirmə üçün göndərilən xəstələrin, o cümlədən təhsil alacaq tələbələrin və mütəxəssislərin sayının artırılması, orta tibb heyətinin - hərbi feldşer və tibb bacılarının hazırlanması, Müdafiə Nazirliyində çalışan mülki həkim və tibb bacılarının müxtəlif ixtisaslaşma və təkmilləşmə kurslarına ezam olunması məsələləri protokola əlavə edilib.

İlk dəfə olaraq biomedikal mühəndislər, fizikal müalicə və reabilitasiya, idman təbəbatı üzrə mütəxəssislərin hazırlanması, o cümlədən birgə elmi-praktik konfransların keçirilməsi, müştərək tibb jurnalının dərc olunması və Azərbaycan heyətinin Gülhanə Hərbi Tibb Akademiyasındakı seminarlara dəvət edilməsi məsələləri də müsbət həllini tapıb.

Son xəbərlər

Orphus sistemi