Pamela Venninq: "Azərbaycan Səhiyyə Nazirliyi "Bakı 2015"də bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirib"

Pamela Venninq: "Azərbaycan Səhiyyə Nazirliyi "Bakı 2015"də bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirib" Departament rəhbəri Oyunların keçirildiyi zaman göstərilən tibbi xidmətlərin səviyyəsini yüksək qiymətləndirib
Sağlamlıq
30 İyun , 2015 11:38
Pamela Venninq: Azərbaycan Səhiyyə Nazirliyi Bakı 2015də bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirib

Bakı. 30 iyun. REPORT.AZ/ I Avropa Oyunları Təşkilat Komitəsi Tibbi xidmətlər və Dopinqlərə Nəzarət Departamentinin rəhbəri Pamela Venninq Azərbaycanın Səhiyyə Nazirliyinə məktub ünvanlayıb. Bu barədə "Report"a nazirliyin Beynəlxalq Əlaqələr şöbəsindən məlumat verilib.

London Olimpiadası Təşkilat Komitəsi Tibbi Xidmətlərinin sabiq rəhbəri və I Avropa Oyunları Təşkilat Komitəsi Tibbi xidmətlər və Dopinqlərə Nəzarət Departamentinin rəhbəri Pamela Venninq oyunların keçirildiyi zaman göstərilən tibbi xidmətlərin səviyyəsini yüksək qiymətləndirib. Bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyevə ünvanlanan məktubda deyilir:

"Zaman gəldi ki, mən artıq Bakını tərk edirəm və Birləşmiş Krallığa qayıtmalıyam. Mən Avropa Oyunlarının yüksək səviyyəli səhiyyə xidmətlərinin göstərilməsində, planlaşdırma və fəaliyyətə, həmçinin inanılmaz əməkdaşlıq nümunəsinə görə sizə və sizin rəhbərlik etdiyiniz komandaya öz təşəkkürümü ifadə etmək istəyirəm.

Səhiyyə Nazirliyi Avropa Oyunları Tibbi Xidmətlər Standartlarına uyğun bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirib. Siz, sözün əsl mənasında, vəzifə borcunuzdan da artıq olaraq fədakarlıqla çalışmışsınız. Təcili və Təxirəsalınmaz Yardım və Hospital servizləri bizim hər bir təklifimizə uyğun olaraq müstəsna xidmətlər göstərdi". 

P.Venninq məktubda bildirib ki, bununla bərabər, Avropa Oyunları Qərargahında planlaşdırma və fəaliyyət üzrə bizimlə çiyin-çiyinə çalışan komandanın müstəsna işini qeyd etmək istəyir: "Onlar, böyük təşəbbüskarlıqla bütün tələblərin öhdəsindən gəlmiş və işin müvəffəqiyyətinə əmin olaraq bütün nəzarəti öz üzərilərinə götürmüşdürlər. Təlimlərdə onların liderlik xüsusiyyəti, yeni proqramların və prosedurların adaptasiyasında işbirliyi təqdirəlayiqdir. Bu komanda öz növbəsində peşəkar işləri ilə həkimləri, tibb bacılarını və tibb tələbələrini ruhlandırmış və onlara ilham verib.

Ümidvaram ki, bu qəbildən olan müsbət təcrübə ölkənizdə keçiriləcək gələcək böyük beynəlxalq tədbirlər üçün gözəl bir mənbəyə çevriləcək və mən böyük maraqla bunları izləyəcəyəm. Hədsiz qürur hissi ilə deyirəm ki, Sizinlə və Sizin Komanda ilə çalışmaq mənə nəsib olub".

Son xəbərlər

Orphus sistemi