Azərbaycan səhiyyə naziri vətəndaşların şikayətlərini dinləyəcək

Azərbaycan səhiyyə naziri vətəndaşların şikayətlərini dinləyəcək Qəbula yazılmaq istəyən vətəndaşlar Yevlax Rayonu Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər
Sağlamlıq
19 Noyabr , 2014 17:26
Azərbaycan səhiyyə naziri vətəndaşların şikayətlərini dinləyəcək
Bakı. 19 noyabr. REPORT.AZ/ Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev noyabrın 21-də Yevlax rayon Mərkəzi Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. “Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Nazir Yevlax, Mingəçevir, Göranboy, Ağdaş, Göyçay, Zordab, Ucar rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq.

Qəbulda habelə sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Yevlax Rayonu Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Son xəbərlər

Orphus sistemi