Azərbaycanın səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Azərbaycanın səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib Qəbul zamanı Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları sakinlərinin müraciət, şikayət və təklifləri dinlənilib
Sağlamlıq
14 May , 2015 15:12
Azərbaycanın səhiyyə naziri Şəkidə vətəndaşları qəbul edib

Bakı. 14 may. REPORT.AZ/ Bu gün səhiyyə naziri Oqtay Şirəliyev Şəki Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul edib. 

"Report" xəbər verir ki, qəbul zamanı Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonları sakinlərinin müraciət, şikayət və təklifləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən sağlamlıq problemləri, tibb müəssisələrində müalicə almalarına kömək göstərilməsi və digər məsələlərlə bağlı olub.

Nazir Oqtay Şirəliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib. Müraciətlərin bir qismi yerindəcə həllini tapıb.

Son xəbərlər

Orphus sistemi