Rayon xəstəxanalarından birinə yeni baş həkim təyin edilib

Rayon xəstəxanalarından birinə yeni baş həkim təyin edilib Bəxtiyar Haqverdiyev indiyədək Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsində çalışıb
Sağlamlıq
30 Yanvar , 2016 12:47
Rayon xəstəxanalarından birinə yeni baş həkim təyin edilib

Bakı. 30 yanvar. REPORT.AZ/ Ağdam Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub. "Report"un məlumatına görə, bu vəzifəyə Bəxtiyar Haqverdiyev təyin edilib.

B.Haqverdiyev indiyədək Qəbələ Müalicə Diaqnostika Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.

Qeyd edək ki, B.Haqverdiyevdən əvvəl bu vəzifəni Gülnar Abbasova tuturdu. O, bir müddət əvvəl işdən çıxarılıb.

G.Abbasova son parlament seçkilərində deputatlığa namizəd olub.

Son xəbərlər

Orphus sistemi