​Azərbaycanda tibbi sığorta ilə bağlı yeni tələb müəyyən edilib

​Azərbaycanda tibbi sığorta ilə bağlı yeni tələb müəyyən edilib “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nda dəyişiklik edilib
Sağlamlıq
5 İyul , 2015 07:03
​Azərbaycanda tibbi sığorta ilə bağlı yeni tələb müəyyən edilib

Bakı. 5 iyul. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Tibbi sığorta müqaviləsinin forması və bağlanma Qaydası”nda dəyişiklik edib.

“Report”un xəbərinə görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Dəyişikliyə əsasən, tibbi sığorta təşkilatı icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan sığortalıyla icbari tibbi sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz.

Qaydaya əsasən, tibbi sığorta müqaviləsinin bağlanması üçün sığortalı hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, hüquqi ünvanı, onun bank rekvizitləri və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), fiziki şəxslər üçün - sığortalının ünvanı, soyadı, adı, atasının adı, telefonu, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün isə həmçinin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), soyadı, adı, atasının adı, doğulduğu yer, cinsi, daimi yaşayış yeri, iş yeri və icra edilən işin xüsusiyyəti göstərilməklə sığorta olunan vətəndaşların siyahısı, sığorta haqqının məbləğini müəyyən etmək üçün əhəmiyyətli olan başqa məlumatlar (sağlamlıq göstəriciləri haqqında və s.), könüllü tibbi sığorta müqaviləsi üçün əlavə olaraq sığorta tibbi xidmətlərinin siyahısı və sığorta təminatının şərtləri tələb olunur.

Son xəbərlər

Orphus sistemi