Azərbaycanda qadınların 25, kişilərin isə təxminən 18 faizi piylənmədən əziyyət çəkir

Azərbaycanda qadınların 25, kişilərin isə təxminən 18 faizi piylənmədən əziyyət çəkir Azərbaycanlı qadınlar bu göstərici üzrə postsovet ölkələri arasında 3-cü nəticəyə malikdir
Sağlamlıq
13 Aprel , 2016 09:12
Azərbaycanda qadınların 25, kişilərin isə təxminən 18 faizi piylənmədən əziyyət çəkir

Bakı. 13 aprel. REPORT.AZ/ Litva artıq çəkidən və piylənmədən əziyyət çəkən insanların sayı baxımından postsovet ölkələri arasında liderdir.

"Report" xəbər verir ki, bu barədə məlumat "Azadlıq" radiosunun beynəlxalq səhiyyə təşkilatlarının məlumatları əsasında hazırlanmış olduğu infoqrafikada əks olunub.

Belə ki, Litvada kişilərin 23,7% və qadınların isə 26,7%-i artıq çəkidən əziyyət çəkir. Ən "kök" kişilər arasında ilk üçlüyə, həmçinin Latviya (22,2%) və Qazaxıstan (21,3%), qadınlar arasında isə Rusiya (26,2%) və Azərbaycan (25,2%) düşüb. Artıq çəkidən əziyyət çəkən kişilərin sayına görə Azərbaycan (17,8%) postsovet ölkələri arasında 7-ci yeri tutur.

Keçmiş Sovet İttifaqının ən "arıq" kişiləri Özbəkistan, Qırğızıstan və Tacikistan, qadınları isə Moldova, Qırğızıstan və Tacikistan sakinləridir.

"Azadlıq" radiosunun məlumatına görə, dünyada 640 milyon insan artıq çəkidən əziyyət çəkir.

Son xəbərlər

Orphus sistemi