Azərbaycanda inzibatı xəta törədən narkomanlar məcburi müalicə olunacaqlar

Azərbaycanda inzibatı xəta törədən narkomanlar məcburi müalicə olunacaqlar Məcburi müalicə müvafıq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində aparılacaq
Sağlamlıq
6 Oktyabr , 2015 13:13
Azərbaycanda inzibatı xəta törədən narkomanlar məcburi müalicə olunacaqlar

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda inzibatı xəta törədən bəzi narkomanlar məcburi müalicə olunacaqlar. “Report” xəbər verir ki, Milli Məclisin oktyabrın 6-da keçirilən iclasında bununla bağlı İnzibatı Xətalar Məcəlləsinə dəyişikliklər edilib. 

Yeni dəyişikliklərə əsasən, inzibati həbs nəzərdə tutan inzibatı xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibatı həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicə təyin ediləcək.

Məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaq, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibati xətalar törədilməsinin qarşısını almaqdır.

Məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində aparılacaq. Narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və onların məcburi müalicə müddətinin uzadılması həmin müəssisənin müdriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla həyata keçiriləcək.

Qanuna edilən dəyişikliklər səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi