Azərbaycanda gigiyenik normalara cavab verməyən 7 obyektin istismarı dayandırılıb

Azərbaycanda gigiyenik normalara cavab verməyən 7 obyektin istismarı dayandırılıb 16 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib
Sağlamlıq
20 Aprel , 2015 12:22
Azərbaycanda gigiyenik normalara cavab verməyən 7 obyektin istismarı dayandırılıb

16 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib

Bakı. 20 aprel. REPORT.AZ/ Cari ilin mart ayı ərzində Azərbaycanda gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 63 müəssisənin sahibi inzibati qaydada cərimələnib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Belə ki, keçən ay ərzində 7 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib. Həmçinin 16 nəfər işdən müvəqqəti kənarlaşdırılıb, 2 iş istintaqa göndərilib. Bundan başqa, keçən ay orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 216 yeyinti məhsulundan, toksikoloji 20 məhsuldan nümunə götürülüb, 23 qeyri-kafi nəticə əldə olunub. Bakterioloji məhsullardan götürülən 229 nümunədən 2 qeyri-kafi nəticə əldə edilib. Şadlıq evlərindən isə 1347 yaxma nümunəsi götürülüb ki, 15 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkarlanıb.

Son xəbərlər

Orphus sistemi