Bakı. 4 fevral. REPORT.AZ/ Lənkəran rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində ölüm hadisəsi baş verib.
Xəstəxanadan "Report"a verilən xəbərə görə Cəlilabadın Alar kənd sakini 1986-cı il təvəllüdlü Nuriyeva Rəhimə Şahəli qızı doğuş zamanı dünyasını dəyişib.
Doğuşu qeysəriyə əməliyyatı ilə mama-ginekoloq Mehparə Rufullayeva həyata keçirib. Yeni doğulan körpənin vəziyyəti yaxşıdır.
Qeyd edək ki, bu, son dörd ayda M.Rufullayevanın faciəli şəkildə dünyasını dəyişən ikinci pasiyentidir. Belə ki, 2014-cü ilin oktyabr ayında Astara rayonu, Ərçivan kənd sakini, 1980-cı il təvəllüdlü Xoşqədəm Yədulla qızı Məmmədova üzərində aparılmış qeysəriyyə əməliyyatından sonra ölüb. Həmin vaxt da əməliyyatı doğum şöbəsinin mama-ginekoloqu Mehparə Cəzail qızı Rufullayeva edib.