Azərbaycanda əvvəlki illərlə müqayisədə tədarük olunan qanın həcmi artıb

Azərbaycanda əvvəlki illərlə müqayisədə tədarük olunan qanın həcmi artıb 2015-ci ildə keçirilən qanvermə aksiyalarında 75 184 nəfər iştirak edib
Sağlamlıq
18 Fevral , 2016 13:39
Azərbaycanda əvvəlki illərlə müqayisədə tədarük olunan qanın həcmi artıb

Bakı. 18 fevral. REPORT.AZ/ "Azərbaycanda əvvəlki illərlə müqayisədə tədarük olunan qanın həcmi artıb. Belə ki, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçən il keçirilən qanvermə aksiyalarında 36 ton 597 litr qan tədarük edilib. 2014-cü ildə isə bu göstərici 36 ton 193 litr təşkil edib". "Report"un məlumatına görə, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, qanvermə aksiyalarında iştirak edən könüllü donorların sayının artması müşahidə olunur: "2015-ci ildə keçirilən qanvermə aksiyalarında 75 184 nəfər iştirak etmişdisə, 2014-cü ildə analoji göstərici 72 697 nəfər təşkil edib".

Donor qanının əksər hissəsi Mərkəzi Qan Bankında, Milli Onkologiya Mərkəzində və Respublika Kliniki Tibbi Mərkəzdə toplanılıb.

Qeyd edək ki, ötən il Aşura günü keçirilən tədbirlər nəzərə alınmadan, 318 qanvermə aksiyası keçirilib. Tədarük olunan qan və komponentlərindən hemofiliyalı və talassemiyalı xəstələrə, həmçinin qana ehtiyacı olan bütün şəxslərin müalicəsində istifadə olunur.

Son xəbərlər

Orphus sistemi