Azərbaycanda bayram günlərində dəm qazından zəhərlənənlərin sayı açıqlanıb

Azərbaycanda bayram günlərində dəm qazından zəhərlənənlərin sayı açıqlanıb "Keçən ilin bu vaxtlarında 35-40 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edirdisə, indi bu göstərici azalıb"
Sağlamlıq
5 Yanvar , 2015 11:44
Azərbaycanda bayram günlərində dəm qazından zəhərlənənlərin sayı açıqlanıb

Bakı. 5 yanvar. REPORT.AZ/ "Bayram günlərində demək olar ki, hər gün Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) dəm qazından zəhərlənmə faktı ilə bağlı müraciət daxil olub". Bunu "Report"a açıqlamasında BŞTTTYS-nin baş həkimi Mürsəl Həmidov deyib.

Onun sözlərinə görə, keçən ilin eyni dövründə 35-40 nəfər dəm qazından zəhərlənmə ilə bağlı müraciət edirdisə, indi bu göstərici azalıb: "Bayram günlərində gün ərzində təxminən 15-16 nəfər məhz dəm qazından zəhərlənmə ilə bağlı müraciət edib. Görünür, əlaqədar qurumlar bu sahədə aktiv fəaliyyət göstəriblər".

Son xəbərlər

Orphus sistemi