Bakı. 4 sentyabr. REPORT.AZ/ 2014-cü ildə Azərbaycanda onkoloji xəstəliklərdən ölənlərin 6 nəfərini xoşxassəli şişdən dünyasını dəyişənlər təşkil edib. Bu barədə "Report"un sorğusuna cavab olaraq
Məlumatda bildirilib ki, ötən il ümumilikdə yenitörəmələrdən (bədxassəli və xoşxassəli şişlərdən) 6 982 nəfər ölüb. Onlardan 6 976 nəfəri bədxassəli, 6 nəfəri isə xoşxassəli şişdən ölənlərdir.
Həmçinin, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə ölkənin tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə 37 932 nəfər xəstə qeydiyyatda olub.