​Azərbaycan vərəmdən ölmə hallarının çox olduğu ölkələr sırasındadır

​Azərbaycan vərəmdən ölmə hallarının çox olduğu ölkələr sırasındadır Avropada hər gün min nəfər vərəmə yoluxur
Sağlamlıq
25 Mart , 2015 07:48
​Azərbaycan vərəmdən ölmə hallarının çox olduğu ölkələr sırasındadır

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycan Avropanın vərəm xəstəliyindən ölmə hallarının daha çox olduğu ölkələr sırasına daxildir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (AXNPM) birgə hazırladığı hesabatda bildirilir.

Hesabata görə, Avropa regionunda hər gün təqribən min nəfər vərəm xəstəliyinə yoluxur. Martın 24-də qeyd olunan Ümumdünya Vərəmlə Mübarizə Günü öncəsi açıqlanmış hesabatda bildirilir ki, 2013-cü ildə Avropada bu təhlükəli xəstəliyə yoluxanların sayı 360 min nəfər təşkil edib ki, bu da 2012-ci il ilə müqayisədə 6% azdır.

Hesabata görə, bu gün regionda çoxsaylı dərmanlara davamlı vərəm xəstəliyi geniş yayılıb. Eyni zamanda xəstəliyə bütün yoluxma hallarının 85%-i Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Baltikyanı ölkələrin daxil olduğu 18 dövlətin payına düşür. Beynəlxalq ekspertlərin məlumatına görə, bu ölkələrdə xəstəlikdən ölmə halları daha çox qeydə alınır.

Son xəbərlər

Orphus sistemi