Azərbaycan-Rusiya sərhədindəki 4 gömrük-keçid məntəqəsi ciddi nəzarətə götürülüb - FOTO

Azərbaycan-Rusiya sərhədindəki 4 gömrük-keçid məntəqəsi ciddi nəzarətə götürülüb - FOTO Buna səbəb Dağıstanda iki ay ərzində “donuz qripi”nə yoluxan şəxslərin sayının 77 nəfərə çatmasıdır
Sağlamlıq
27 Yanvar , 2016 18:57
Azərbaycan-Rusiya sərhədindəki 4 gömrük-keçid məntəqəsi ciddi nəzarətə götürülüb - FOTO

Bakı. 27 yanvar. REPORT.AZ/ Samur gömrük-keçid məntəqəsi gücləndirilmiş iş rejiminə keçib. "Report" xəbər verir ki, buna səbəb Dağıstanda iki ay ərzində “donuz qripi”nə yoluxan şəxslərin sayının 77 nəfərə çatmasıdır. Bununla bağlı Azərbaycan Rusiya sərhədində ciddi yoxlamalara başlanılıb.

Belə ki, Qusarda Rusiya-Azərbaycan gömrük-keçid məntəqəsində həm avtomobillər, həm də Azərbaycana gələnlər ciddi şəkildə yoxlanılır. Rusiyadan Azərbaycana gələnlər bildirirlər ki, əvvəlki günlərdən çox, indi Azərbaycan tərəfi yoxlayır.

Azərbaycan-Rusiya sərhədindəki 4 gömrük-keçid məntəqəsi də ciddi nəzarətə götürülüb. Avtomobillərin təkərləri də su məhlulundən keçirilir. Bir qədər sıxlıq olsa da, ancaq yenə də bütün sərhədi keçənlər ciddi yoxlanılır.

"Samur" gömrük postunun rəis müavini Cavid Nadirovun sözlərinə görə, gün ərzində qarşı tərəfə 200 avtomobil buraxılır: "Bunlar ciddi şəkildə yoxlanılır".

Qeyd edək ki, Dağıstan zonasında ümumilikdə 91 yoluxma halı qeydə alınıb, onlardan 77-si A (H1N1), 14-ü isə A (H3N2) virusuna yoluxub. Xəstələrdən 5 nəfəri pnevmaniyadan ölüb. Ölən şəxslərin peyvənd olunmadığı bildirilir. Hazırda Dağıstan xəstəxanalarında qripə yoluxmuş 248 xəstə müalicə alır, onlardan 61 nəfəri uşaq olmaqla, 130-na pnevmaniya diaqnozu qoyulub

Son xəbərlər

Orphus sistemi