Bakı. 25 fevral. REPORT.AZ/ "Dərmanların əlavə dəyər vergisindən azad edilməsi barədə təkliflər üzərində iş gedir".
"Report"un xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, baş nazirin müavini Əli Əhmədov deyib.
Onun sözlərinə görə, təklif hazırlanıb, bu təklifin üzərində işlənilməlidir: “Baxaq görək, bu, büdcənin üzərinə nə qədər yük qoya bilər. Ona görə də bu təklif diqqətdədir, bunun üzərində iş gedir. Əgər dərmanların ƏDV-dən azad edilməsi büdcəyə xüsusi problem yaratmayacaqsa, bunu müsbət həll etmək mümkündür. Amma indidən qəti bir söz demək çətindir".