​Alkoqollu içkilər, siqaret və yağlı qidalar mədəaltı vəzi xərçənginə yol açır

​Alkoqollu içkilər, siqaret və yağlı qidalar mədəaltı vəzi xərçənginə yol açır Xəstəliyin ən mühüm əlamətləri sürətlə çəki itirmək, qarın ağrıları, ürək bulanması və ishaldır
Sağlamlıq
28 İyul , 2015 03:52
​Alkoqollu içkilər, siqaret və yağlı qidalar mədəaltı vəzi xərçənginə yol açır

Bakı. 28 iyul. REPORT.AZ/ Bu gün mədəaltı vəzi (pankreas) xərçəngi ən sürətli yayılan xəstəliklərdən biri olmaqla yanaşı, erkən diaqnozu da çətindir. Mütəxəssislər isə mədəaltı vəzi xərçəngindən qorunmaq üçün alkoqollu içkilərdən və siqaretdən uzaq durmağın zəruri olduğunu bildirirlər.

"Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, mədəaltı vəzi xərçəngi insan övladı üçün ən ölümcül dördüncü xərçəng xəstəliyi kimi tanınır. Çünki əksər vaxtlar gec fərq edilən, müalicə variantları məhdud olan, sürətlə yayılan mədəaltı vəzi xərçəngində xəstələrin 95 faizi beş il ərzində dünyasını dəyişir. Mədəaltı vəzi xərçənginin 80 faizi insanlarda 60-80 yaşları arasında müşahidə edilir və bu xəstəlik daha çox kişilərdə rast gəlinən xərçəng xəstəliyi növlərindəndir. Mədəaltı vəzi xərçənginin yaranmasında alkoqollu işkilər, siqaret və yağlı qidalar böyük rol oynayır. Xəstəlik tez müəyyənləşdirildikdə müalicəsi mümkündür. Xəstəliyin ən mühüm əlamətləri sürətlə çəki itirmək, qarın ağrıları, ürək bulanması və ishaldır. Qarın ağrıları, həzm sistemi pozğunluqları, diabet, zəifləmə və bel ağrıları kimi hallar mədəaltı vəzidə nasazlıq olduğuna işarədir.

Xəstəlik prosesində qidalanmanın əhəmiyyətu böyükdür. Xəstələr alkoqollu içkilər, siqaret və yağlı qidalardan uzaq durmalıdırlar. Alkoqollu içkilər mədəaltı vəzi iltihabına yol açır. Mədəaltı vəzi iltihabı da mədəaltı vəzi xərçəngi riskini artırır. Siqaret çəkən insanlarda isə pankreas xərçəngi riski daha yüksəkdir. 

Son xəbərlər

Orphus sistemi