AİB: Azərbaycanda saxta ərzaq məhsulları satılır

AİB: Azərbaycanda saxta ərzaq məhsulları satılır Aparılan ekspertiza zamanı məlum olib ki, bəzi yağların tərkibində kərə yağı ümumiyyətlə yoxdur
Sağlamlıq
18 Avqust , 2015 12:16
AİB: Azərbaycanda saxta ərzaq məhsulları satılır

Bakı. 18 avqust. REPORT. AZ/ Azərbaycanda satılan "Zolotaya semeçka" ("Qızıl tum") Rusiya istehsalı olan bitki yağlarının turşuluğu normadan artıqdır. "Report"un xəbərinə görə, bu barədə Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov məlumat verib. 

Ekspert eyni zamanda etiketində inək şəkilləri əks olunmuş "100% натуральное масло, российское N10/N40" yazılmış, Abşeron rayonu, Məhəmmədli kəndində yerləşən "Fazil" firması tərəfindən TSAZ3114909-2010 texniki şərti ilə istehsal olunmuş kərə yağı kimi alınan, amma istehsalçının özünün etiketdə yazdığı kimi tərkibində cəmi 10% və ya 40% kərə yağı olan yağlardır. Aparılan ekspertiza zamanı isə məlum olib ki, bu yağların tərkibində kərə yağı ümumiyyətlə yoxdur, N40 markalanmış yağın tərkibində isə süd məhsulları cüzidir. 

İstehsalçı yağın markalanmasında inək şəklindən 82,5%, "100% натуральное" yazısı ilə istehlakçıları aldatsa da, "Az kombinə edilmiş yağ" ifadəsini kiçik hərflərlə yazıb və kiçik hərflərlə yağın tərkibinə uyğun olaraq 74,25% və 45% bitki yağının olduğunu qeyd edib. 

Mingəçevir və regionlarda satılan və istehlak edilən "Nur" firmasına məxsus limonadlar da istehlak normalarına cavab vermir. AİB bildirir ki, ölkədə istehlakçı üçün məlumat standartının olmaması məsələsini dövlət qurumları və özəl müəssisələr qarşısında dəfələrlə qaldırıb.

Son xəbərlər

Orphus sistemi