Keçən ay Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi baş verib

Keçən ay Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi baş verib Həmçinin 2 botulizm hadisəsi qeydə alınıb
Sağlamlıq
14 Mart , 2015 09:28
Keçən ay Azərbaycanda 62 qida zəhərlənməsi hadisəsi baş verib

Bakı. 14 mart. REPORT.AZ/ Cari ilin fevral ayı ərzində Azərbaycanda 62 (yanvar ayında 64) qida zəhərlənməsi hadisəsi baş verib. Bu barədə "Report"a Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.  

Onun sözlərinə görə, keçən ay ölkədə 2 botulizm (yanvar ayında 6) hadisəsi qeydə alınıb ki, nəticədə 3 nəfər (yanvar ayında 9) zəhərlənib. Fevral ayında ümumilikdə 78 nəfər (yanvar ayında 92) qida zəhərlənməsindən zərər çəkib: "Ümumilikdə fevral ayında yanvara nisbətən qida zəhərlənməsi hadisələrinin sayında azalma müşahidə olunub".

Son xəbərlər

Orphus sistemi