Baş həkim: "Qəzada yaralananlar arasında vəziyyəti ağır olan yoxdur"

Baş həkim: "Qəzada yaralananlar arasında vəziyyəti ağır olan yoxdur" "Yaralıların əksəriyyətinin diaqnozu travmalardır"
Sağlamlıq
24 Fevral , 2016 11:11
Baş həkim: Qəzada yaralananlar arasında vəziyyəti ağır olan yoxdur

Bakı. 24 fevral. REPORT.AZ/ "Bakıda baş verən avtobus qəzası ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılara hazırda həkimlər yardım göstərir. Yaralıların əksəriyyətinin diaqnozu travmalardır". Bunu "Report"a xəstəxananın baş həkimi Fikrət Zeynalov deyib.

Onun sözlərinə görə, qəzada yaralanan qadın və kişi sərnişinlərin arasında vəziyyəti ağır olan yoxdur. 

Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi