"2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" təsdiqlənib

"2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" təsdiqlənib Azərbaycanda bütün uşaqlar peyvəndlərlə vaxtında və tam əhatə olunacaq
Sağlamlıq
3 Dekabr , 2015 14:42
2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı təsdiqlənib

Bakı. 3 dekabr. REPORT.AZ/ Nazirlər Kabinetinin qərarı ilə "2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı" təsdiq edilib. "Report" xəbər verir ki, proqramın məqsədi vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınmasıdır.

Qərara əsasən, Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları Tədbirlər Proqramının həyata keçirilməsini təmin edəcək.

Proqramın əsas vəzifələri respublikada bütün uşaqların peyvəndlərlə vaxtında və tam əhatə olunması, immunlaşdırma tədbirlərinin təhlükəsizliyinin təmin edilməsi və keyfiyyətinin artırılması, bu tədbirlərin monitorinqinin təmin olunması və davamlı maliyyələşdirilməsi, keyfiyyətli peyvənd materialları və avadanlıqla təchizatın yaxşılaşdırılması, immunoprofilaktika sahəsində kadr hazırlığının təkmilləşdirilməsi, immunlaşdırma tədbirlərinin səmərəliliyinin yüksəldilməsi məqsədilə əhali arasında maarifləndirmə işinin aparılmasıdır.

Son xəbərlər

Orphus sistemi