Gözlər xəstəliyin aynasıdır

Gözlər xəstəliyin aynasıdır Gözlərdə müəyyən dəyişiklik bəzi xəstəliklərin göstəricisi ola bilər.
Sağlamlıq
6 Noyabr , 2020 06:17
Gözlər xəstəliyin aynasıdır

Gözlərdə müəyyən dəyişiklik bəzi xəstəliklərin göstəricisi ola bilər.

“Report”un məlumatına görə, görmə qabiliyyətində kəskin pisləşmə diabetin əlamətidir. Bəzən insanlar görmə zəifliyindən şikayətlənərək oftalmoloqa müraciət edirlər. Müayinələrdən sonra pasiyentdə Pankreatit (mədəaltı vəzin iltihabi xəstəliyi – Red) müəyyən edilir.

Əsasəndə diabetik retinopatiya (Şəkərli diabet zamanı gözün tor qişasının damarlarının zədələnməsi nəticəsində baş verən хəstəlikdir - Red) baş verir. Bu vəziyyətdə isə endokrinoloqun konsultasiyası və qan şəkəri testləri lazımdır.

Göz qapaqlarının şişməsi, göz almasının arxasındakı ağrı isə qalxanvari vəzinin funksiyalarının pozulması deməkdir. Qalxanvari vəzinin funksiyalarının pozulması bütün orqan və sistemlərini sıradan çıxardır - ürək-damar, sinir, mədə-bağırsaq, cinsiyyət sistemlərində, dəridə, insanın xarici görünüşündə ciddi pozulmalar yaranır.

Gözlərin iltihabı həmçinin qastritin mümkün simptomu hesab edilə bilər. Göz qapaqlarının iltihabı (demodikoz) tez-tez dəri problemləri ilə, daha doğrusu daim dəri üzərində yaşayan demodeks gənəsinin aktiv çoxalması ilə əlaqələndirilir. Diaqnoz qoymaq üçün kirpiklərin mikroskopik analizini aparmaq lazımdır. Gənə hissələrini belə görə bilərsiniz. Oftalmoloq yerli müalicə, müxtəlif məlhəmlər və damcılar təyin edəcəkdir.

Quru göz sindromu. Quru göz sindromu yalnız kompyuterlə çox işləyənlərdə yaranmır. Bu sindrom yaşı 40-dan yuxarı qadınlarda menopozun başlanğıc əlamətlərindən biri ola bilər. Estrogenin səviyyəsindəki azalma, göz yaşlarının sintezinə təsir edən xüsusi sekresiya istehsalını azaldır, kiçikləşir. Nəticədə qadın quru göz sindromundan, gözlərindəki qum hisslərindən, ağrı kimi təzahürlərindən narahat olmağa başlayır.

Retina xəstəlikləri, hiss olunmayan hipertoniya. Oftalmoloq tərəfindən müayinə zamanı müəyyən edilən torlu qişa dəyişiklikləri çox vaxt hipertoniyanın göstəricisi ola bilər. Bura oftalmoloqun arteriya və damarları görə biləcəyi yeganə yerdir. Və onların dəyişməsi ilə oftalmoloq xəstənin qan təzyiqinin mütəmadi olaraq yüksəldiyini güman edə bilər.

Son xəbərlər

Orphus sistemi