Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib Bu ilin üç ayı ərzində Azərbaycanda 8 712 nəfər heyvan dişləməsinə məruz qalıb.
Sağlamlıq
1 May , 2024 16:00
Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 242 nəfər az olub. Builki hadisələr üzrə 4 min 788 nəfəri məlum (it, pişik), 3 min 924 nəfəri isə naməlum heyvanlar (it, pişik, siçovul) dişləyib.

Həmçinin, bu il üçün ölkədə quduzluq hadisəsi qeydə alınmayıb. Ötən il isə 1 belə hadisə baş verib.

Xatırladaq ki, ötən ilin üç ayı ərzində 8 min 954 heyvan dişləməsi qeydə alınıb. Bunlardan 5 min 124 hadisə məlum, 3 min 830 hadisə naməlum heyvanlar tərəfindən olub.

Son xəbərlər

Orphus sistemi