Azərbaycanda halal dərman istehsalı ilə bağlı qaydalar hazırlanıb və hökumətə təqdim olunub

Azərbaycanda halal dərman istehsalı ilə bağlı qaydalar hazırlanıb və hökumətə təqdim olunub Səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirib.
Sağlamlıq
2 Noyabr , 2023 11:46
Azərbaycanda halal dərman istehsalı ilə bağlı qaydalar hazırlanıb və hökumətə təqdim olunub

Səhiyyə naziri Teymur Musayev halal dərman vasitələri haqqında qəbul edilən standartlarla bağlı məsələyə münasibət bildirib.

"Report"un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki "Dərman vasitələri haqqında" qanunun tədbiqi ilə bağlı halal dərman vasitələrinə dair xüsusi qaydalar hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

"Hər kəsi səbirli olmağa çağırıram, çünki yeni qaydalar müasir tələblərə cavab verir. Nəticədə ölkəyə yüksək keyfiyyətli dərmanların gətirilməsi asanlaşacaq".

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” dövlət standartını qəbul edib.

Məlumata görə, bu standart İslam Qaydaları əsasında halal dərman vasitələrinin istehsalı və daşınması zamanı əsas tələbləri müəyyənləşdirir və bu sahədə ixtisaslaşan təşkilatların istifadəsi nəzərdə tutulur. Standart, halal dərman məhsulları üzrə halal statusunun qorunub saxlanılmasını təmin edəcək və istehlakçıların bu növ məhsullara olan etimadının yüksəlməsinə töhfə verəcək.

Son xəbərlər

Orphus sistemi