​Yunanıstana keçmək istəyən 14 qaçqın həyatını itirib

​Yunanıstana keçmək istəyən 14 qaçqın həyatını itirib Türkiyə sahil mühafizə qüvvələrinin əməkdaşları 27 nəfəri xilas edib
Region
11 Noyabr , 2015 12:33
​Yunanıstana keçmək istəyən 14 qaçqın həyatını itirib

Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətinin Ayvacıq rayonu sahillərində qaçqınların olduğu qayığın batması nəticəsində 14 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, onlar qaçaq yolla Türkiyədən Yunanıstanın Midilli adasına keçmək istəyirmiş. Qayıq Egey dənizində batıb. Türkiyə sahil mühafizə qüvvələrinin əməkdaşları 27 nəfəri xilas edib.

Ölən 14 qaçqının 7-si uşaq olub.

Son xəbərlər

Orphus sistemi