Bakı. 21 sentyabr. REPORT.AZ/ Yunanıstan hökuməti Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən 3 hərbçiyə siyasi sığınacaq verməyib.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, onların sığınma tələbi məhkəmə tərəfindən rədd edilib.
Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra 8 hərbçi helikopterlə Yunanıstana qaçıb. Onlar Afinadan siyasi sığınacaq istəyiblər. Türkiyə isə onların geri qaytarılması ilə bağlı Yunanıstana müraciət edib.