Yerlan Karin: "Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstana təsir göstərir"

Yerlan Karin: "Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstana təsir göstərir" "Rusiya bizim ən böyük qonşumuzdur və bizim iqtisadiyyatımız bir-biri ilə sıx bağlıdır"
Region
3 Dekabr , 2014 14:16
Yerlan Karin: Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstana təsir göstərir

Astana. 3 dekabr. REPORT.AZ/ "Qərbin Rusiyaya qarşı sanksiyaları Qazaxıstana da təsir göstərir. Buna baxmayaraq, Qazaxıstan Avrasiyaya inteqrasiyasından imtina etmək niyyətində deyil". 

Bunu "Report"a Qazaxıstan Strateji Tədqiqatlar İnstitununun (QSTİ) rəhbəri Yerlan Karin Qazaxıstanın Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olduqdan sonra perspektivlərini şərh edərkən bildirib.

"Rusiya bizim ən böyük qonşumuzdur və bizim iqtisadiyyatımız bir-biri ilə sıx bağlıdır", - Y.Karin qeyd edib. 

O, Azərbaycanın AİB-ə daxil olduqdan sonra hansı pozitiv töhvə verə biləcəyi sualını şərh edərkən vurğulayıb ki, Azərbaycan güclü iqtisadiyyata malikdir, eləcə də nəqliyyat sahəsində böyük rol oynayır: "Azərbaycan ittifaqa daxil olduğu təqdirdə, bu təşkilatın imkanlarını genişləndirə bilər".

Y.Karin həmçinin Ermənistanın AİB-ə üzvlük məsələsinə də toxunub: "Qazaxıstan hesab edir ki, layihədə nə qədər çox ölkə iştirak edərsə, inteqrasiya bir o qədər effektiv olar. Lakin ölkələr bu inteqrasiyaya hazır olmalıdırlar. Bu məqsədlə biz namizəd ölkələrin qarşısına hədəflər qoymuşuq. Hazırda Qırğız Respublikası AİB-ə girməyə Ermənistandan daha çox hazırdır".

Son xəbərlər

Orphus sistemi